İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Çin husilərlə anlaşdı

Rusiya və Çin Yəmən husiləri ilə “Ənsar Allah” üsyançı qrupunun bölgədəki Rusiya və Çin gəmilərinə hücum etməyəcəyi barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Yəməndə yerləşən husilər Çin və Rusiyaya bildiriblər ki, onların gəmiləri Qırmızı dəniz və Ədən körfəzindən hücuma məruz qalmadan keçə bilər.

Mənbələrə görə, Çin və Rusiya Omandakı diplomatları ilə husilərin ən mühüm siyasi fiqurlarından biri olan Məhəmməd Əbdül Salam arasında apardıqları danışıqlardan sonra belə bir anlaşmaya nail olublar, bunun müqabilində Rusiya və Çin BMT Təhlükəsizlik Şurası kimi hallarda husilərə siyasi dəstək verə bilər.

“Bloomberg” xəbər verir ki, bu dəstəyin nədən ibarət ola biləcəyi tam aydın deyil, lakin bu, qrupa qarşı qətnamələrin bloklanmasını əhatə edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR