İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və ABŞ-la bağlı ŞOK FAKTLAR üzə çıxdı

Rusiya ordusu və təhlükəsizlik qüvvələri, o cümlədən Federal Təhlükəsizlik Xidməti, Rusiya Milli Qvardiyası Ukrayna ilə savaş başladıqdan sonra da ABŞ “İridium” peyk rabitəsi operatoru istifadə etməyə davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Trap Aggressor” portalının araşdırmasında deyilir.

“İridium” peyk operatoru beynəlxalq bazarda 90-cı illərin sonlarından fəaliyyət göstərir. 2011-ci ildə o, Rusiyada ölkədə yerləşən istifadəçilərin məlumatlarını ələ keçirməyə imkan verən yerüstü qovşaq stansiyası tikməyə razılıq verib. Daha sonra bu firmanın Rusiyada “Iridium Communications” adlı törəmə şirkəti qurulub. Şirkətin 16 faizi “Morsvyazsputnik” federal dövlət müəssisəsinə məxsusdur.

2022-ci ilin iyulunda, yəni Ukraynada müharibə başlayandan 6 ay sonra Radiotezliklər üzrə Dövlət Komissiyası operatorun Rusiyada fəaliyyət göstərməsi üçün lisenziyasını uzadıb. “İridium” Uzaq Şimalda rabitə təmin edən yeganə peyk vasitəsidir. Üstəlik, Rusiya rəsmilərinin onu əvəz edəcək başqa operatoru yoxdur.

2022-ci ilin fevralından sonra “İridium” Rusiya bazarına SİM kartların göndərilməsini dayandırıb. Bununla belə, “Trap Aggressor”un araşdırmasına görə, Rusiya törəmə şirkəti üçüncü şirkətlər vasitəsilə avadanlıq almağa davam edib. Həmin il şirkət Rusiya Qvardiyasının əsas rabitə mərkəzi ilə müqavilə bağlayıb. 2023-cü ildə eyni törəmə şirkət səs və şəkilləri qəbul etmək, çevirmək üçün “Iridium Satellite” tərəfindən istehsal olunan maşınları idxal edib.

Araşdırma nəticəsində məlum olub ki, FTX-nin aldığı “Rus Cartograph” pilotsuz təyyarələri “İridium” peykləri vasitəsilə fəaliyyət göstərir. Onlar Ukraynadakı müharibədə istifadə olunur və münaqişə zonasında Ukrayna silahlı qüvvələri tərəfindən vurulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR