İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya rekord sayda PUA ilə hücum edib

Rusiya ordusu noyabrın 25-nə keçən gecə Ukraynaya rekord sayda “Shahed-131/136” pilotsuz uçuş aparatı (PUA) buraxıb.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, PUA hücumunun hədəfi paytaxt Kiyev olub.

Hərbçilər ukraynalıları hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalmağa çağırırlar. Hava hücumundan müdafiə işlərinin nəticələri isə yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, daha əvvəl Kiyev Şəhər Şurası paytaxt ərazisində 40-a yaxın kamikadze dronun vurulduğu barədə məlumat vermişdi.

Bundan başqa, Dnepropetrovsk vilayətində gecə saatlarında 1 raket və 5 PUA vurulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR