Onlayn ictimai-siyasi qəzet
Ukrayna bir gecədə 5 raket və 23 PUA hücumu daxil olmaqla 28 hava hədəfini vurub.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, iyunun 27-nə keçən gecə ruslar “Kalibr”, “Kinjal”, “X-59/X-69” da daxil olmaqla hava və dəniz raketlərindən, həmçinin “Şahed” pilotsuz uçan aparatlarından istifadə etməklə Ukraynaya zərbələr endirib.
Məlumata görə, Rusiya ümumilikdə 6 müxtəlif tipli raketdən və 23 PUA-dan istifadə edib:
1 aeroballistik raket X-47 M2 "Kinjal" (Rusiyanın Tambov vilayətinin hava məkanından);
4 qanadlı raket "Kalibr" (Qara dənizin şimal-şərq hissəsindən);
1 ədəd “X-59/X-69” idarə olunan təyyarə raketi (Rusiyanın Kursk vilayətinin hava məkanından);
"Şahed-131/136" tipli 23 hücum PUA-sı (atma sahəsi - Primorsko-Axtarsk, Rusiya Federasiyası).
Qeyd olunub ki, Ukrayna ordusu "Kinjal"dan başqa bütün hədəfləri məhv edib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ