İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada “BOĞULUR”, Ukraynaya ÖLDÜRÜCÜ SİLAHLAR gəldi – Rusiyaya qarşı ŞOK PLAN

Almaniyanın Visbaden şəhərində Ukrayna, ABŞ və Britaniya komandanlığının Rusiyaya qarşı əməliyyatlar planlaşdırdığı gizli qərargah var.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Kiyevin Britaniyadakı səfiri Valeri Zalujnı özünün Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan sonra müttəfiqlərdən hərbi yardım həm silah, həm də texnika baxımından əhəmiyyətli dərəcədə artdı, ona görə də çatdırılma və təmirlə bağlı yeni çağırışlar yarandı:

“Buna görə də 2022-ci ilin aprelində Almaniyanın Ştutqart şəhərində ABŞ-ın Avropa Komandanlığının qərargahında Ukraynaya hərbi yardımın çatdırılmasının əlaqələndirilməsi mərkəzi yaradıldı. Bir müddət sonra bu qərargah Visbadendə işini davam etdirdi. Bu qərargah əməliyyatlar planlaşdırır, döyüş oyunları keçirir, Ukrayna ordusunun ehtiyaclarını müəyyənləşdirir və onları Vaşinqtona və Avropa paytaxtlarına ötürürdü. Bu ideyanı Britaniyanın dəstəyi ilə həyata keçirdik”.

2025-ci ilin mart ayında Rusiya işğalçı qüvvələri Ukraynada cəmi 143 kvadrat kilometr irəliləyə bilib ki, bu da son beş ayda ən aşağı göstəricidir.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) hesabatında deyildiyi kimi, Rusiyanın Ukraynadakı hücumunun tempi durmadan azalır.

Hesabatda qeyd olunur ki, Böyük Britaniya Müdafiə Nazirliyinin hesablamalarına görə, Rusiya qoşunlarının irəliləmə sürəti 2024-cü ilin noyabr ayından etibarən hər ay ardıcıl olaraq yavaşlayır. Əgər noyabrda rus qoşunları təxminən 730 km² ərazini ələ keçiriblərsə, dekabrda 393 km², 2025-ci ilin yanvarında 326 km², fevralda 195 km², martda isə 143 kvadrat kilometri işğal edə biliblər.

ISW eyni zamanda geolokasiya videosu və peyk məlumatlarının təhlili əsasında oxşar tendensiyaları qeyd edir. Onun hesablamalarına görə, 2024-cü ilin noyabrında Rusiyanın irəliləməsi 627 km², dekabrda 569 km², yanvarda 427 km², fevralda 354 km², martda isə 203 km² olub.

Hesabatda qeyd edilir ki, Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynadakı irəliləyişlərini qiymətləndirmək üçün çox güman ki, fərqli metodologiya və ya mənbələrdən istifadə edir. Lakin MN hesabatı 2024-cü ilin noyabrından 2025-ci ilin martına qədər Rusiyanın aylıq irəliləyişinin azaldığını göstərən ISW məlumatlarına uyğundur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Rizvan Hüseynovdur Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR