İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada 100 minlik itkini artıq rəsmi səviyyədə qəbul edir

Rusiya hakimiyyəti Ukraynada həlak olan 100 min hərbçi üçün büdcə vəsaiti ayırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 2024-cü ilin dövlət büdcəsi layihəsində Ukrayna müharibəsində 100 min nəfərin itkisinə hesablanmış, həlak olan hərbi qulluqçuların ailələrinə sosial ödənişlər nəzərdə tutulub.

Araşdırmaçıların təsbitinə əsasən, həlak olanların ailələrinə birdəfəlik ödəmələrdən əlavə, aylıq təzminat da verilir. Büdcə layihəsində həm ölənlərin, həm də yaralananların ailələrini dəstəkləmək üçün 16 milyard rubl nəzərdə tutulub ki, bunun da təxminən 5,2 milyardı ölənlər üçündür. Bu məbləğ aylıq ödənişin həcminə bölünsə, o zaman təxminən 240 mindən həlak olmuş hərbçinin ailələrinə ödənişlər nəzərdə tutulduğu ortaya çıxır.

Bura digər müharibələrdə və ya vəzifə borcunu yerinə yetirərkən həlak olanlar da daxildir. Halbuki 2022-ci il üçün müharibədən əvvəlki büdcədə bu ödənişlər 2,2 milyard az idi. Həmin fərq isə 102 mindən çox hərbçinin qohumlarının ödənişi xərclərinə bərabərdir.

Rusiya Müdafiə Nazirliyi ölənlərlə bağlı məlumat dərc etmir. Bu ilin iyul ayında müstəqil saytlar Ukraynadakı müharibədə Rusiya ordusunun itkilərinin təxminən 47 min nəfər ola biləcəyini hesablayıblar. Bu ilin sentyabrın sonuna qədər 33 min ölü rus əsgərinin şəxsiyyətini müəyyən edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR