İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsinə görə teatrlardan qovulan Netrebko yenidən səhnədə - Fotolar

Rusiyanın Ukraynaya hücumundan sonra dünya teatrlarında qadağa ilə üzləşən Rusiyanın Xalq artisti, dünya şöhrətli sənətçi Anna Netrebko yenidən səhnəyə çıxıb. Belə ki, sənətçi ötən həftə azərbaycanlı həyat yoldaşı Yusif Eyvazovla birlikdə Monte Karlo Operasının səhnəsində çıxış edib.

Musavat.com bildirir ki, bu barədə Xalq artisti Yusif Eyvazov sosial şəbəkədə məlumat yayıb.
“Bu dünyada sənin inanılmaz sənətindən güclü heç nə və heç kim yoxdur! Möhtəşəm premyera münasibəti ilə sizi təbrik edirəm” deyə, Yusif Eyvazov qeyd edib.

Xatırladaq ki, Rusiyanın Xalq artisti Anna Netrebko bir müddət bundan əvvəl "Novosibirsk Opera Teatrı" və Nyu-Yorkda yerləşən "Metropolitan Opera"sından qovulmuşdu.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR