Onlayn ictimai-siyasi qəzet
Ukraynadakı sülh perspektivi bazarlarda yeni hərəkət yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Economist” qəzeti yazıb.
Qəzetin yazdığına görə, aşkar dəyişikliklər, investorların ABŞ prezidenti Donald Trampın Avropadan uzaqlaşması və qitənin yenidən silahlanmağa hazırlaşması fonunda Avropa aktivləri bazarında baş verib. Təkcə müdafiə şirkətləri yox, bəzi şirkətlərin səhmlərinin qiymətləri “stratosferə qalxıb”. Avropa səhmləri ümumilikdə və avro da müsbət qiymətləndirilib.
Bütün bunların arxasında müdafiə xərclərinin artırılmasından gözlənilən stimullar dayanır. Bu gözləntilər 4 martda Almaniyanın müdafiə xərclərini artıracağını və növbəti 10 ildə 500 milyard avroluq infrastruktur fondu yaradacağını elan edəndən sonra yeni impuls alıb.
Bundan başqa, Rusiya ilə əlaqəli, lakin xaricdə ticarət edən şirkətlərin səhmlərinin qiymətləri ABŞ sanksiyalarının qaldırılması perspektivində yüksəlməyə başlayıb. Rusiya hökuməti 2022-ci ildə fəaliyyətini dayandıran çoxmillətli şirkətləri ölkəyə geri qaytarmağa çalışır. İndi diqqət Ciddəyə yönəlib, burada ABŞ və Ukrayna rəsmiləri görüşməli olacaqlar.
“Tramp düşünür ki, Ukraynaya qarşı sərt yanaşma münaqişənin başa çatmasını sürətləndirəcək. Ancaq investorlar bununla tam əmin deyillər” - deyə qəzet yazıb.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ