Onlayn ictimai-siyasi qəzet
Yanvar-fevral aylarında Rusiya “Türk axını” boru kəməri ilə Avropaya qaz ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26 faizdən çox artıraraq 3,1 milyard kubmetrə çatdırıb.
Musavat.com Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarına əsasən xəbər verir ki, fevralda bu istiqamətdə Rusiya qazının Avropaya ixracı yanvar ayı ilə müqayisədə 0,4 faiz azalıb.
Lakin göstərici 2024-cü ilin fevral ayı ilə müqayisədə 26 faiz artaraq 1,55 milyard kubmetrə çatıb. Bu, qaz kəmərinin 2020-ci ilin yanvarında istifadəyə verilməsindən sonra bir ay ərzində ikinci ən yüksək tədarük həcmidir.
Rusiyadan Türkiyəyə Qara dəniz vasitəsilə uzanan “Türk axını” qaz kəmərinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Onunla ötürülən qaz Türkiyə və Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda kəmər Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra Rusiya qazının Avropaya nəqli üçün sonuncu aktiv marşrut olaraq qalır. “Türk axını”nın başlanğıc nöqtəsi Anapa bölgəsində tikilmiş “Russkaya” kompressor stansiyasıdır.
Bu gün Rusiya tərəfi Ukraynanın dronlarla həmin stansiyanı vurmaq istədiyinə dair məlumat yayıb. Hətta Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəli həmkarı Hakan Fidana müraciət edərək, Ukrayna tərəfini stansiyaya zərbələrdən çəkindirməyə çağırıb. Lakin Ukrayna tərəfi zərbə cəhdini inkar edir.
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ