İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya toyuq əti idxalını rüsumdan azad etdi  

Son aylarda toyuq əti və süfrə yumurtası çatışmazlığı, qiymət bahalaşması ilə üzləşən Rusiyada hökumət toyuq əti idxalını stimullaşdırmaq qərarına gəlib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin Gömrük alt komitəsi ölkəyə 160 min ton həcmində toyuq ətinin idxalını gömrük rüsumlarından azad edilməsi barədə qərarı təsdiqləyib. Bu qərar 2024-cü ildə baş verəcək idxala tətbiq olunur.

2023-cü il noyabrın 1-də Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2024-cü ildə Rusiyaya 160 min tona qədər toyuq ətinin müəyyən növlərinin idxalı üçün rüsumsuz kvota tətbiq etməyi təklif edib. Nazirlik həmçinin 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək bəzi növ quş ətlərinin, süfrə yumurtasının ixracına müvəqqəti qadağa qoyulmasını zəruri hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR