İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “terrorizmin himayədarı” kimi tanına bilər- ABŞ dövlət katibinin münasibəti  



ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Rusiyanı terrorizmin himayədarı dövlət kimi tanınması ehtimalını istisna etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, ABŞ Senatının Təxsisatlar Komitəsində dinləmələr zamanı danışıb.

Qeyd edək ki, əvvəllər prezident Co Baydenin administrasiyası bu tədbirə açıq şəkildə etiraz edirdi.

Komitənin iclasında Cənubi Karolinadan olan senator Lindsi Qrem Blinkeni açıq şəkildə tənqid edib: “Siz heç vaxt Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına daxil etməzsiniz”.

Blinkenin senatora bu mövzu ilə bağlı cavabı qısa olub: “Heç vaxt, heç vaxt deməyin”

Lindsi Qrem Ağ Evdən belə bir tanınma tələb edən qanun layihəsinin müəlliflərindən biridir. Bununla belə, ölkədə xarici siyasət icra hakimiyyətinin əlindədir, qanunvericilər Bayden administrasiyasını belə bir qərara məcbur edə bilməzlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR