Onlayn ictimai-siyasi qəzet
Rusiya tərəfi AZAL-ın təyyarəsinin Mineralnıye Vodı, Vladiqafqaz, Qroznı və Mahaçqaladakı bütün hava limanlarında eniş etməsinə icazə verməyib.
Musavat.com xəbər verir ki, bu barədə CaucasianLive diplomatik mənbələrə istinadən bildirib.
Eyni zamanda Bakıya qayıtmaq niyyətində olan pilota gözləmək tövsiyə olunub. Daha sonra Rostov və Qroznıdakı dispetçerlər pilotu 15-20 dəqiqə ləngidib və sonda Xəzər dənizinə doğru istiqamətləndirib və pilotun bu marşrutla hərəkət etməsində israr göstərib.
Məlumata görə, Qroznıya mümkün olmasa belə, Mahaçqalaya eniş etmək mümkün olardı. Lakin Şimali Qafqaz Federal Dairəsinin baş aviaoperatoru bu variantı rədd edib və az müddət sonra təyyarənin GPS sistemində problem yaranıb.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ