Onlayn ictimai-siyasi qəzet
Rusiyada daha bir qurum cari mövsümdə gözlənilən taxıl yığımı proqnozunu azaldıb. Musavat.com xəbər verir ki, söhbət Rusiya Taxıl İttifaqından gedir. İttifaqın prezidenti Arkadi Zloçevskinin verdiyi məlumata görə, 2024-cü ilin sonuna taxıl yığımı proqnozu may ayında müşahidə olunan şaxtalar səbəbindən 129 milyon tona endirilib.
O bildirib ki, hazırda bütün analitiklər öz proqnozlarını aşağı salıbla: “Gözləntilərə görə, bu mövsümdə hər hektardan 25,8 sentner məhsul götürülməsi şərtilə indiki sahələrdən biz orta hesabla 129 milyon ton ümumi məhsul əldə edə biləcəyik. Bu, çox kəskin azalmadır, çünki əvvəllər biz o sahələrdən 142-147 milyon ton məhsul proqnozlaşdırmışdıq”.
Zloçevskinin sözlərinə görə, təkrar səpin üçün tələb olunan bütün sahələri gec yazlıq əkinlərlə yenidən əkmək mümkün olsa belə, yenə də məhsuldarlıq payızlıq əkinlərə nisbətən xeyli aşağı olacaq.
Zlochevskinin TASS-a verdiyi məlumata görə, yenidən əkilmənin orta qiyməti hektara 20 min rubl civarındadır: "20 min rubldan 1 milyon hektarda yenidən əkin aparılmasının nə qədər baha başa gələcəyini təsəvvür edin. Bu baxımdan reallıqda nə qədər sahədə təkrar səpin ararılacağı, lazım olan pulun haradan əldə olunacağı məlum deyil”.
Bundan əvvəl Rusiya Kənd Təsərrüfatı Nazirliyi operativ qərargahın iclasının yekunlarına görə, may ayında baş verən şaxtaların 23 rayonda məhsullara ümumi təsir göstərdiyi, səkkiz rayonda isə fövqəladə vəziyyətin tətbiq edildiyi bildirilib. Rusiya Baş nazirinin müavini Dmitri Patruşev regionları aqrotexnoloji müddətlərə riayət etmək və sahələrin planlaşdırılmış strukturunu maksimum dərəcədə yerinə yetirmək üçün təkrar səpinləri operativ şəkildə təşkil etməyə çağırıb.
Kənd təsərrüfatı naziri Oksana Lut bildirib ki, şaxtalar səbəbindən 900 min hektara yaxın sahədə təkrar əkinə ehtiyac var.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ