Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyadakı zorakılıq hadisələrinin Rusiyanı ciddi narahat etdiyini və bu məsələnin təcili şəkildə, xüsusilə BMT çərçivəsində müzakirə olunması lazım olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Peskovun verdiyi digər açıqlamalara görə, Moskva və Vaşinqton bu həftə Səudiyyə Ərəbistanında danışıqlar aparmağı planlaşdırmır. O həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp hazırkı prezidentlik dövründə yalnız bir dəfə görüşüblər.
"Rusiya və ABŞ ikitərəfli münasibətləri bərpa etməyə başlayıblar, amma bu yol uzun və çətin olacaq," – deyə Peskov bildirib.
Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarla bağlı Peskov Vaşinqtonun Kiyevin sülhə yönəlik istəyini görmək istədiyini qeyd edib.
Tehranın Trampın nüvə proqramı ilə bağlı təklifinə reaksiyasını da şərh edən Peskov, İranın müstəqil bir dövlət olduğunu və xarici siyasət mövqeyini özü müəyyən etdiyini bildirib.
Rusiya həmçinin Suriyadakı hərbi bazalarla bağlı vəziyyətə dair heç bir açıqlama verməyib və Kursk bölgəsinin azad olunması ilə bağlı Rusiya hərbçilərinə konkret vaxt təyini məsələsi qoyulmadığını da vurğulayıb.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ