İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Suriya hökuməti ilə əlaqəyə girir- Hərbi mövcudluğunu saxlamaq niyyətindədir

Moskva yeni Suriya hökuməti ilə razılaşmaya yaxındır və bu müqavilə ona ölkədə müəyyən sayda hərbi heyət və avadanlığı saxlamağa imkan verəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Rusiya hazırda Suriyada istifadə etdiyi hərbi-dəniz və hərbi-hava bazalarını qoruyub saxlamağı hədəfləyir. Bu qərar ölkədə hakimiyyətə gələn prezident Əhməd əl-Şaranın üsyançıların hücumuna rəhbərlik etməsindən sonra formalaşan yeni vəziyyətlə bağlıdır.

Agentlik qeyd edir ki, bu razılaşmanın əldə olunması Moskvanın bu ay ikinci böyük diplomatik uğuru olacaq.

Bundan öncə ABŞ Rusiya ilə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqlarına başlamaq niyyətini açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR