İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya "Şimal axını"nın partladılmasına görə təzminat tələb edə bilər

"Rusiya “Şimal axını” qaz kəmərlərinin zədələnməsinə görə dəymiş ziyana görə kompensasiya tələb edə bilər".

Musavat.com xəbər verir ki, bu sözləri RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Dmitri Biriçevski deyib.

“Biz sonradan “Şimal axını” qaz kəmərlərinin partlaması nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsinin gündəmə gətiriləcəyini istisna etmirik”, - diplomat bildirib.

Biriçevski xatırladıb ki, amerikalı jurnalist Seymur Herşin araşdırmasının dərc olunmasından sonra Moskva beynəlxalq araşdırma aparmağı təklif edib, lakin Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi üzərində işi fəal şəkildə sabotaj edir.

"Eyni zamanda, Rusiya hakimiyyəti Rusiya Federasiyasının nümayəndələrinin iştirakı ilə hərtərəfli və açıq beynəlxalq təhqiqatın aparılmasında israr etməkdə davam etmək niyyətindədir", - Biriçevski əlavə edib.

BMT Təhlükəsizlik Şurası bazar ertəsi Rusiyanın “Şimal axını” qaz kəmərlərinin təxribatı ilə bağlı beynəlxalq araşdırmaya dair qətnamə layihəsini səsə qoyacaq. Səsvermə saat 15:00-da (Moskva vaxtı ilə 22:00) başlayacaq.

Bu arada Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev belə bir fikir bildirib ki, sualtı boru kəmərlərinin mühafizəsi üzrə beynəlxalq konvensiyanın hazırlanması və qəbulu "Şimal axını"nda terror aktının təbii hüquqi nəticəsi olmalıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR