İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya şərtini qoydu - Lavrovdan Ukrayna müharibəsi ilə bağlı VACİB AÇIQLAMA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi danışıqlar aparmaq məqsədilə Braziliyaya səfər edib.

Musavat.com xəbər verir ki, Lavrov rəsmi səfəri çərçivəsində Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə birgə mətbuat konfransı keçirib.

Rusiyanın XİN başçısı Ukrayna-Rusiya müharibəsi ilə bağlı mühüm açıqlamalar verib.

“Ukraynadakı münaqişənin tez bir zamanda bitməsini istəyirik” - o deyib.

Lavrov müharibənin başa çatması üçün Rusiyanın şərtlərini sadalayıb:

“Bu planlar, ilk növbədə, Ukrayna ərazisində Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlərin olmamasını təmin etməkdən ibarətdir. Qərb uzun illərdir ki, belə planları həyata keçirir. İkinci vəzifə Ukrayna parlamenti tərəfindən qəbul edilmiş, Rusiya təhsilini, mediasını, mədəniyyət tədbirlərini və digər fəaliyyətlərini birdəfəlik qadağan edən bir sıra qanunlarla illərdir hüquqları pozulan Şərqi və Cənubi Ukraynanın rusdilli əhalisinin həyatını qorumaqdır. Ukrayna kitabxanalarında rus dilində olan milyonlarla kitab qəsdən məhv edilir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR