Onlayn ictimai-siyasi qəzet
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuriy İqnat son açıqlamasında Rusiyanın İran istehsalı olan “Şahed” tipli kamikadze dronlardan istifadə taktikasını dəyişdiyini bildirib.
Musavat.com xəbər verir ki, o, bu barədə Ukrayna mediasına verdiyi açıqlamada danışıb.
“Son həftələr ərzində Rusiya müxtəlif regionlara hücumları artırıb və ‘Şahed’ dronlarının tətbiqində bəzi taktiki dəyişikliklərə gedib. Biz bunu artıq dəfələrlə müşahidə etmiş və ictimaiyyətlə paylaşmışıq”, – deyə İqnat vurğulayıb.
Ukraynalı hərbi ekspertlər bildirirlər ki, bu dəyişikliklər dronların uçuş trayektoriyalarında, hədəf seçimi və zamanlama taktikalarında müşahidə olunur. Məhz bu səbəbdən Ukraynanın hava hücumundan müdafiə qüvvələri yeni yanaşmalara keçmək məcburiyyətində qalır.
Yuriy İqnatın fikrincə, Rusiyanın əsas hədəfi enerji və sənaye infrastrukturunu sıradan çıxarmaqla yanaşı, sivil əhalidə təşviş yaratmaqdır. O qeyd edib ki, yeni taktikalar daha çox yay aylarında tətbiq edilir və bu, hava şəraitindən maksimum istifadə etməyə hesablanıb.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ