İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya öz AES-ni partladıb, Kiyevə zərbə endirəcək

Rusiya terror aktında Ukraynanı günahlandırmaq üçün Kursk AES-in ərazisində “qəza”ya və hətta partlayışa hazırlaşır.

Bunu ukraynalı ekspert Aleksey Qolobutski deyib.

"Hamının Zaporojye AES-də baş verə biləcək partlayışı müzakirə etdiyi bir vaxtda moskvalılar öz stansiyalarından birində anlaşılmaz hazırlıqlara başlayırlar. Kursk AES-in ərazisində genişmiqyaslı işlər aparılır, çoxlu sayda texnika və insanlar hərəkət edir. Kremlin əvvəlki bəyanatlarını nəzərə alsaq, bu, planlaşdırılmış “qəza”ya və hətta partlayışa hazırlıq ola bilər. Günahkar, ənənəyə görə, Ukraynanı elan olunacaq", - ekspert bildirib.

Qolobutskinin fikrincə, rusların ideyası olduqca sadədir. Onlar qəzaya görə Ukraynanı günahlandıracaq və “cavab zərbəsi” elan edəcəklər.//Axar.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR