Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə Rusiya tərəfindən Serbiya iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 3 milyard dollardan çox olub.
Musavat.com xəbər verir ki, bu məlumatı Rusiyanın Ticarət və sənaye naziri Anton Əlixanov Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin ilə görüşdən sonra açıqlayıb.
A.Əlixanov qeyd edib ki, dəmir yolu, avtomobil və enerji maşınqayırması, kimya sənayesi, rəqəmsal texnologiyalar və sənayenin digər sahələrində birgə layihələr həmişə olduğu kimi həyata keçirilir.
Tərəflər həmçinin BRİKS vasitəsilə ticarət və sənaye əlaqələrinin gücləndirilməsini də müzakirə ediblər.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ