İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunun düşdüyü BİABIRÇI VƏZİYYƏT - Əsgərlər uşaq əlcəklərinin ümidinə qalıb - YENİ GÖRÜNTÜLƏR

Sentyabrın 21-də Vladimir Putinin göstərişi ilə elan edilən səfərbərlikdən sonra Rusiyada hərbi vəziyyətin xaotik olması ilə bağlı xəbərlər gündəmdədir. Moskvada səfərbərlik başa çatıb. Putinin ötən həftə verdiyi açıqlamalara görə, ölkə daxilində də bir müddət sonra sona çatacaq və yeni səfərbərlik elanı gözlənmir.

Son həftələrdə hərbi xidmətə cəlb olunan rus əsgərlərinin cəmi bir neçə günlük təlimlə cəbhəyə göndərildiyi deyilir. Səfərbərlik əmri ilə cəbhəyə yola salınan əsgərlərin bir neçəsi artıq həyatını itirib və ailələrinə ölüm xəbəri verilib.

Rusiya Ukraynanın 4 bölgəsini ilhaq etsə də, ordu ilə bağlı problemlər davam edir.

PEYNTBOL MASKALARI VƏ UŞAQ ƏLCƏKLƏRİ...

Musavat.com “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində döyüşmək üçün səfərbər olunan kişilər plastik peyntbol maskaları, uşaq əlcəkləri və rezin çəkmələrlə təchiz olunub.

Bu barədə görüntülər yayan anonim rus əsgəri əlində plastik peyntbol maskası tutaraq deyir: "Səfərbər edilmiş döyüşçülərə bu "isti" hədiyyələrə görə təşəkkür edirəm".

Həmin əsgər onlara uşaq əlcəkləri verilməsini də sərt tənqid edir: “Bu əlcəklər mənim və buradakı heç bir döyüşçünün əlinə olmur”.

Daha sonra rezin çəkmələri yoxlayır, çox keyfiyyətsiz olduğu üçün atacağını söyləyir, "Onlar bizi qışa hazırladılar" deyə istehza edir.

Səfərbərlik əmri ilə orduya qatılan əsgərlərin çoxu yemək və texnikanı özləri almalı olduqlarından şikayətlənirdilər.

“Kommersant” qəzetinin yazdığına görə, hərbi geyimlərə tələbat o qədər artıb ki, hazırda Rusiyada bədən zirehləri 1115 funt sterlinqə, bir bel çantası 560 funt sterlinqə, termal alt paltarın qiyməti isə 300 funt-sterlinqə qalxıb.

Xatırladaq ki, bu, Rusiyada 1941-ci ildən bəri elan edilən ilk səfərbərlikdir və bu qərarın Rusiya ordusunu əlavə 300.000 əsgərlə gücləndirəcəyi gözlənilirdi.

PUTİNƏ QARŞI QƏZƏB ARTIR

18932955316352448240013949138650_v4big.jpg (57 KB)

Digər tərəfdən, Rusiyada və ordu daxilində Putin rejiminə qarşı qəzəb artır. Normalda heç vaxt danışmağa cürət etməyən ruslar indi hakimiyyəti açıq şəkildə tənqid edirlər.

Rusiyanın şimalındakı Kursk vilayətindən olan orta yaşlı bir qadın deyir:

“Kişilər sursatsız, yeməksiz və susuz meşəyə göndərilir, güllələnir, yaralanır və öldürülür. Kimə müraciət edəcəyik? Nazirə? Hökumətə? Bizə kömək edin. Uşaqlarımızı bizə qaytarın”.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR