İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunda hər gün bu qədər hərbçi ölüb – ARAŞDIRMA

Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümündə Rusiyanın itkiləri ilə bağlı yeni məlumat dərc edilib.

Bu barədə “Mediazona” nəşrinin jurnalistləri apardıqları araşdırmanın nəticələrini ictimaiyyətə təqdim ediblər.

Belə ki, işğalın ilk günü - 24 fevral 2022-ci ildən 2023-cü ilədək ölənlərin sayını hesablayıblar. Onların hesabladıqları rəqəm təxminən 75 mindir.

Məlumatda bildirilir ki, əgər 2022-ci ildə ölənlərin sayı təxminən 24 min nəfər idisə, 2023-cü ildə bu, iki dəfədən çox artaraq, 50 min nəfərə çatıb.

Maksimum itki isə 2023-cü ilin yanvar-mart aylarında Baxmut uğrunda döyüşlər zamanı olub. Son 6 ayda gündə təxminən 120 nəfər rus hərbçisi ölüb. (cebhe.info)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR