İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Suriyada ÇƏTİN DURUMDA: Texnikaları yandırmaq ƏMRİ VERİLDİ

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatına görə, Suriyada yerləşən rus hərbi kontingenti ciddi çətinliklərlə üzləşib.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, döyüşə yararsız və təmirə ehtiyacı olan bütün hərbi texnikaların rus əsgərlərinə yandırılması əmr edilib. Bundan əlavə, Rusiya donanmasının Tartus limanına daxil olması üçün hələ də icazə verilmir.

Məlumata əsasən, 2025-ci il yanvarın 9-da Rusiya kontr-admiralı Vladimir Varfolomeyev limanda danışıqlar aparmağa cəhd göstərib, lakin onun danışıqlarda iştirakına icazə verilməyib.

Hazırda Rusiya Federasiyasına məxsus "Sparta" yük gəmisi və böyük desant gəmiləri – "İvan Qren" və "Aleksandr Otrakovskiy" Tartus limanının kənarında yerləşir.

Gəmilərdə texniki nasazlıqlar qeydə alınıb. Xüsusilə, "Aleksandr Otrakovskiy" gəmisində suyun duzsuzlaşdırılması qurğusunda problem yaranıb, həmçinin yanacağın saxlanıldığı ikinci və üçüncü çənlərdə sızıntı müşahidə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR