İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Baxmut və Xerson istiqamətində yenidən qruplaşır - Ukrayna Baş Qərargahı

“Rusiya ordusu bütün səylərini Baxmut istiqamətində hücuma yönəldib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yanvarın 2-də “Facebook”da dərc olunmuş xülasəsində deyilir.

Rəsmi informasiyaya görə, Ukrayna müdafiə qüvvələri dünən Rusiya ordusunun Luqansk vilayətinin Stelmaxovka və Beloqorovka, Donetsk vilayətinin Razdolevka, Soledar, Krasnaya Qora, Baxmut, Klesçievka, Ozeryanovka, Opıtnoye və Krasnoqorovka yaşayış məntəqələri ərazilərinə hücumlarını dəf edib.

"Ruslar Kupyansk, Liman və Avdeyevka istiqamətlərində öz qoşunlarının taktiki mövqeyini yaxşılaşdırmağa çalışır. Rusiya ordusu hazırda Novopavlovsk və Zaporoyje istiqamətlərində əvvəllər işğal olunmuş xətləri müdafiə edir. Xersonda RF ordusu yenidən qruplaşır və bu məqəsdlə qarşıdurma xətti boyunca Ukrayna ordusunun mövqelərini və mülki obyektləri atəşə tutur”,-deyə xəbərdə bildirilir.

Məlumata görə, yanvarın 1-də Rusiya Federasiyası Ukrayna ərazisinə 51 hava zərbəsi endirib. Ruslar həmçinin İranın 44 hücum dronundan istifadə edib (hamısı vurulub).

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR