İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Odessanı işğal üçün HƏRƏKƏTƏ KEÇDİ: şiddətli DÖYÜŞLƏR başlandı – Elxan Şahinoğlu CANLIda

Separatçı qurum “DXR”-in "rəhbəri" Denis Puşilin bildirib ki, Nikolayev və Odessanın Ukraynaya aid olması ilə bağlı səhvi düzəltmək lazımdır. Puşilin Rusiyanın bu şəhərləri “azad” etməli olduğunu bildirib. “1794-cü ildə Odessa şəhərinin əsası qoyuldu. Rus şəhərdir? Təbii ki, rus şəhəridir”, - deyə Puşilin qeyd edib.

Onun sözlərinə görə, digər məsələlərlə yanaşı, Rusiya-Türkiyə müharibələri zamanı Nikolayev vilayətinin torpaqları Krım xanlığından geri alınıb. Beləliklə, Puşilinə görə Nikolayev Rusiya şəhəridir. “Mən inanıram ki, bu şəhərlər azad edilməlidir”, - o vurğulayıb. Amma Puşilinin məntiqindən çıxış etsək, Nikolayev torpaqlarına Rusiya yox, Türkiyə iddia etməlidir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR