Onlayn ictimai-siyasi qəzet
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2024 – 2025-ci tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.
Musavat.com xəbər verir ki, müsabiqədən keçən tələbələr Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil təqaüd proqramından yararlana bilərlər.
Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədini daşıyır.
Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.
Təqaüd proqramı aşağıdakıları əhatə edir:
Spesialitet (5 il)
Bakalavr (4 il)
Magistratura (2 il)
Təminat:
Müsabiqədə kim iştirak edə bilər:
Proqramda iştirak etmək üçün zəruri sənədlər:
Seçim turları:
Ərizələrin qəbul tarixi: 15.03.2024 – 05.04.2024
Seçim testlərinin tarixi: 15.04.2024 – 25.04.2024
Müsahibənin tarixi: 26.04.2024 – 10.05.2024
Qaliblərin elan olunma tarixi: 13.05.2024
Qaliblərə tələb olunan sənəd toplusunun təqdim olunması tarixi: 15.05.2024
Qeydiyyat, sənədlərin qəbulu və qəbul testləri onlayn şəklində keçirilir.
Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:
Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.
Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.
Qeydiyyatdan keçən namizədlər onlayn test olunacaq, testlərdən uğurla keçən namizədlər isə canlı müsahibəyə dəvət alacaqlar. Bütün mərhələlərdə uğur qazanan namizədlərin ərizələri universitetə göndəriləcək.
Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, AZAL və “Bakı Metropoliteni” QSC-yə işə qəbulda üstünlük veriləcək.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ