Onlayn ictimai-siyasi qəzet
Rusiya qanunvericiləri destruktiv ideologiyaya qarşı mübarizə təşəbbüsləri irəli sürərkən, Şimali Qafqaz müsəlmanları Vladimir vilayətinin Təhsil Nazirliyinin əmrində destruktiv təzahürlər aşkar ediblər.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, oktyabrın 22-dən vilayətdə məktəblilərin dini geyimdə təhsil müəssisələrinə getməsinə qadağa qoyulması müftiliklər birliyinin xoşuna gəlməyib. Bundan əvvəl bu qərar Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi (DUM) tərəfindən tənqid edilib.
Xəbər verildiyi kimi, Vladimir vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyi oktyabrın 25-də üç gün əvvəl qüvvəyə minən əmr dərc edib. Yeni normaya görə, təhsil müəssisələrində “şagirdin dini mənsubiyyətini nümayiş etdirən geyim və onun elementləri” geyilə bilməz.
Ayrı-ayrılıqda qadınların müsəlman qarderobunun hicab və niqab kimi elementləri vurğulanır. Qalan hər şey “və s.” abbreviaturası ilə nəzərdə tutulur. “Məktəb geyiminə və dinindən asılı olmayaraq şagirdlərin xarici görünüşünə dair müəyyən edilmiş tələblər dövlət və bələdiyyə təhsil müəssisələrinin dünyəvi xarakter daşımasını və onlarda dini neytrallığın qorunmasını təmin edir”, - deyə daha sonra idarədən bildirilib.
Oktyabrın 28-də Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi Vladimir vilayətinin Təhsil Nazirliyini tənqid edən bəyanat yayıb. Çeçenistan Müftiliyi və bütövlükdə ŞQMKM daha əvvəl Rusiya Federasiyasının bir çox vilayətlərinin hakimiyyət orqanlarının niqab taxmağın yolverilməzliyi ilə bağlı qərarlarını dəstəkləsə də, bu dəfə ənənəvi Yaxın Şərq paltarının geyilməsinə və hicab qoyulan qadağanı tənqid edərək, mövcud Vladimir əmrini pisləyiblər.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ