İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: müharibəyə getmək istəməyən miqrantları vətəndaşlıqdan məhrum edəcəklər

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Matveyev hərbi xidmətə qeydiyyatdan və səfərbərlikdən imtina edən miqrantların Rusiya vətəndaşlığından məhrum edilməsini təklif edir.

Musavat.com xarici mediaya istinala xəbər verir ki, müvafiq qanun layihəsi hazırlanıb.

Mixail Matveyev hərbi qeydiyyatdan və səfərbərlikdən yayınmağa görə Rusiya vətəndaşlığından məhrum etmə haqqında qanun layihəsinin hazır olduğunu və gələn həftə Dövlət Dumasına təqdim ediləcəyini bildirib.

“Mən qanun layihəsi hazırlamışam. Qanun layihəsinə görə, Rusiya vətəndaşlığını aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə hərbi qeydiyyata alınmamaq (həmçinin hərbi vəzifədən yayınmaq) Rusiya vətəndaşlığından məhrum edilməsi və həmin şəxslərin gəldikləri ölkəyə qovulması üçün əsas olacaq, - Matveyev deyib.

O, həmçinin əlavə edib ki, bu halda həmin miqrantın Rusiya vətəndaşlığını almış ailə üzvləri də vətəndaşlıqdan məhrum edilməlidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR