İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müdafiə müəssisələrində məhkumları məcburi işlədir

Rusiyada məhkumlar təkcə Ukrayna ilə müharibəyə ölümə yollamırlar, həm də məcburi əməyə cəlb edilirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin xüsusi hesabat yayılıb.

Britaniiya kəşfiyyatnın məlumatına görə, Rusiyada müdafiə sektorunda məhbusların məcburi əməyindən istifadə etmək ehtimalı rəsmən də təsdiqlənir.

Federal Penitensiar Xidmət (FSIN) hələ ötən ilin noyabr ayında Rusiyanın ən böyük tank və zirehli texnika istehsalçısı olan “Uralvaqonzavod” Nijni Tagildə yerləşən həbsxanadan məcburi əməyə cəlb olunmaq üçün 250 nəfəri öz sərəncamına alacağını bildirmişdi.

“Rusiyada uzun müddətdir həbsxana əməyindən sui-istifadə ənənəsi mövcuddur. Lakin yeni dövrdə bu məsələ gündəmdə olmayıb. Yalnız 2017-ci ildən məcburi əmək qanunla geri qaytarılıb”, - deyə hesabatda bildirilir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi Federal Penitensiar Xidmətə tabe olan 400 min işçini “bütöv bir imperiya” adlandırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR