İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya MN AÇIQLADI: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırıldı

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsi dayandırılıb.

Bu barədə Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinin Kursk vilayətində vəziyyətlə bağlı güc strukturlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib.

Qoşunların operativ idarə olunması məntəqələrindən birindən müşavirəyə onlayn qoşulan Gerasimov Putinə məruzə edib ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saat 5:30-da 1000 nəfərədək hərbçidən ibarət qrupla Sudjen rayonunun bir hissəsini ələ keçirmək üçün hücuma keçib.

"Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçilərinin itkiləri 315 nəfər təşkil edib (ən azı 100 nəfər ölüb, 215 nəfər yaralanıb). 54 zirehli texnika, o cümlədən 7 tank məhv edilib. Əməliyyat düşməni məğlub etməklə və dövlət sərhədinə çatmaqla başa çatacaq”, - Gerasimov deyib.//APA 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR