İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məmuru şok məlumat açıqladı: Bu məhsulların 70 faizdən çoxunu xaricdən alırlar...

Rusiyada istehlak olunan qeyri-ərzaq məhsullarının yarıdan çoxu birbaşa idxal yolu ilə xaricdən gətirilir.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı ölkənin Sənaye və Ticarət Nazirliyinin Daxili Ticarətin İnkişafı Departamentinin direktoru Nikita Kuznetsov Sahibkarların VI Uzaq Şərq Forumu zamanı açıqlayın.

Onun sözlərinə görə, əgər komponentlər də nəzərə alınarsa, qeyri-ərzaq məhsullarının 70 faizdən çoxunun idxal edildiyi aydınlaşar. Bu idxal ildə Rusiyadan azı 15 trilyon rublun xaricə axmasına gətirib çıxarır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR