İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məhkəməsi Mixail Xodorkovskini cərimələdi  

Rusiyanın paytaxtı Moskvanın Meşşanski Məhkəməsi iş adamı və “Yukos” neft şirkətinin keçmiş şəriki Mixail Xodorkovskini xarici agentin etiketlənməsi qaydalarını pozduğuna görə 300 min rubl cərimələyib.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun rus xidməti məlumat yayıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Xodorkovskini ötən ilin mayın 20-də  “xarici agentlərin” reyestrinə daxil edib. İdarənin iddiasına görə, iş adamı siyasi fəaliyyəti üçün Ukraynadan maliyyə alıbmış.

Beynəlxalq Aqora təşkilatının rəhbəri Pavel Çikovun sözlərinə görə, məhkəmə əslində Mixail Xodorkovskini qüvvədən düşmüş maddə ilə təqsirli bilib və qanunla nəzərdə tutulmayan cərimə kəsib.

Məsələ burasındadır ki, keçən ilin dekabrın 29-da qəbul edilmiş Rusiya İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər haqqında federal qanuna əsasən, bütün xarici agentlər üçün vahid məsuliyyət var. Bu, vətəndaşlar üçün 50 min rubla qədər cərimələri nəzərdə tutur. Məhkəmənin Xodorkovskiyə necə 300 min rubl cərimə kəsdiyi məlum deyil. Belə bir məbləğ yalnız xarici agentlərin reyestrinə daxil edilmiş bir təşkilatın və ya qeydiyyatdan keçməmiş birliyin vəzifəli şəxsinə təyin edilə bilər.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR