İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyevə genişmiqyaslı dron və raket hücumu həyata keçirdi

Rusiya bu gecə Kiyev şəhərinə qarşı genişmiqyaslı dron və raket hücumu təşkil edib.

Musavat.com xəbər verir ki, hücum nəticəsində şəhərin müxtəlif rayonlarında raket və dron qalıqlarının yerə düşdüyü müşahidə olunub.

Kiyev Şəhər Administrasiyasının verdiyi məlumata görə, hücum nəticəsində bir neçə yaşayış binası zərər görüb, bəzi ərazilərdə isə yanğınlar baş verib.

Hazırda hadisə yerlərində xilasedicilər çalışır.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR