Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivlərinə gəlincə, 1999-cu ildən Türkiyə də Aİ-yə namizəd dövlət sayılır. Demək olar ki, əsrin dörddə biri keçib və bu sahədə irəliləyiş minimaldır. Yaxın 10 ildə nə Ukrayna, nə də Gürcüstan Avropa İttifaqına üzv ola biləcək. Bu, tamamilə aydındır”.
Musavat.com Caliber.az saytına istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants jurnalist Narek Kirakosyana müsahibəsində deyib.
“Tarixi presedent örnəklərinə məhəl qoymadan hər hansı çox mühüm faktdan uzağa gedən nəticələr çıxarmaq olmaz. İkincisi, Ermənistanın bir sıra səbəblərdən faktiki olaraq Aİ-yə üzv olmaq perspektivi yoxdur. İqtisadiyyatımız, infrastrukturumuz tamamilə Rusiyadan asılıdır və Rusiya istəsə, bir neçə gün ərzində burada iqtisadi çöküşə səbəb ola bilər. Obyektiv və subyektiv baxımdan bizim bütün təhlükəsizlik sistemimizi böyük ölçüdə Rusiya faktoru müəyyən edir. Xarici siyasi diversifikasiya həqiqətən də Ermənistanın təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirməyə kömək edə bilər, lakin biz belə bir şey görmürük”, - deyə Surenyants qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ