İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya istehsalı tanklar Pakistan SƏRHƏDİNDƏ

Hindistan Rusiya istehsalı olan “T-72”  tankları və “BMP-2”  piyada döyüş maşınlarını Cammu və Kəşmir əyalətinin şimalındakı Pakistanla Nəzarət Xəttindəki Axnur sektorunda yerləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Hindistan ordusundakı mənbələrə istinadla məlumat verib.

Qəzetin yazdığına görə, “Hindistanın “Sindur” əməliyyatının fəal mərhələsindən sonra bu qruplaşmanın daimi, 24 saatlıq döyüş hazırlığı davam edir. “T-72”  tankları və “BMP” lər hələ də sərhəd xətti boyunca yerləşdirilib ki, Pakistan ordusunun hücumu və sərhədin keçilməsi qarşısı alınsın”, – deyə Hindistanın Şimal Ordu Komandanlığının nümayəndəsi bildirib.

Əvvəllər PTI agentliyinə verilən məlumatda bildirilirdi ki, Hindistanın 7-10 may tarixlərində keçirdiyi “Sindur” əməliyyatı nəticəsində Pakistan ordusunun itkiləri 64 nəfər ölü və 96 nəfər yaralı olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR