Onlayn ictimai-siyasi qəzet
Hindistan və Rusiya ölkənin şimalındakı yeni Hindistan obyektində "BrahMos" səsdən sürətli qanadlı raketin təkmil versiyasının kütləvi istehsalı üçün danışıqlar aparır.
Musavat.com xəbər verir ki, məlumatı "Indian Defence News" yayıb.
Bildirilir ki, "BrahMos-NG" raketlərinin istehsalı sahəsində əməkdaşlıq "ən müasir texnologiyaların yaradılmasında Hindistan-Rusiya müdafiə tərəfdaşlığının əhəmiyyətli dərəcədə genişlənməsini göstərir":
"Moskva Yeni Dehliyə may ayında Uttar Pradeş ştatının Laknau şəhərində açılan obyektdə təkmilləşdirilmiş raketlərin istehsalı üçün tam texniki yardım göstərəcək".
Nəşr iddia edir ki, "BrahMos" raketləri Hindistanın Pakistana qarşı keçirdiyi "Sindoor" əməliyyatında həlledici rol oynayıb. Bildirilir ki, Hindistan-Rusiya tərəfdaşlığının yalnız müdafiə sahəsində əməkdaşlıqdan kənara çıxan nəticələri yaxın illərdə Cənubi Asiyada regional sabitliyə təsir göstərəcək.
Qeyd edək ki, mayın 11-də Lakxnauda 40 ay ərzində tikilmiş "BrahMos" raket istehsalı kompleksi istifadəyə verilib. Zavod 81 hektar ərazini əhatə edir və 3 milyard rupiyə (35 milyon dollar) başa gəlib. Zavodun fəaliyyətinin mövcud versiyalarda illik 80-100 "BrahMos" istehsalını təmin edəcəyi gözlənilir. Təxminən bir ildən sonra zavod hər il 100-150 yeni nəsil "BrahMos-NG" raketi istehsal edəcək.
"BrahMos" Rusiyanın "Mashinostroyeniya" şirkəti və Hindistan Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən hazırlanıb. 1995-ci ildə raketin istehsalı üçün "BrahMos Aerospace" adlı birgə müəssisə yaradılıb. Raket hazırda quru, dəniz və hava bazalı versiyalarda istehsal olunur.
Musavat.com
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ