Onlayn ictimai-siyasi qəzet
Rusiya KTMT-dəki tərəfdaşları ilə Rusiya Federasiyasına qarşı uzaqmənzilli silah zərbələri mövzusunu müzakirə edəcək.
Musavat.com-un məlumatına görə, bu barədə TASS-ın mənbəsi xəbər verir.
"Yaxın vaxtlarda KTMT çərçivəsində ən yüksək səviyyədə Kollektiv Təhlükəsizlik Şurasının sessiyası olacaq və orada təbii ki, bu məsələ ortaya çıxacaq. Prezident Putinin Qazaxıstana səfəri çərçivəsində isə biz bunu edəcəyik. Müttəfiq şəkildə Ukrayna ərazisindəki böhranın bütün aspektlərini müzakirə edəcəyik", - yayılan məlumatda bildirilir.
Qeyd edək ki, Fransa və Böyük Britaniya Ukraynaya Rusiya ərazisini uzaqmənzilli "Fırtına Kölgəsi/SCALP" raketləri ilə vurmağa icazə verib. Ağ Ev rəhbəri Co Bayden də Ukraynaya Amerikanın ATACMS raketlərindən istifadə etməsinə icazə verib.
Cavanşir ABBASLI
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ