İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbi helikopteri Ukraynaya keçdi: Pilotun qərarı

 

Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Mi-8 hərbi helikopteri Ukraynanın nəzarətindəki aviabazaya enib.

Musavat.com politoloq Şahin Cəfərliyə istinadən xəbər verir ki, Rusiya hərbi blogerlərindən biri helikopterin naviqasiya sistemində problem yarandığını, bu səbəbdən ekipajın ilk gördüyü aerodroma endiyini iddia edib. Digər versiyaya görə isə pilot könüllü şəkildə Ukrayna tərəfə keçib.

Son məlumata görə, helikopter əməliyyatı Ukrayna kəşfiyyatı tərəfindən həyata keçirilib. Pilot könüllü Ukrayna tərəfə keçib. Ailəsi də Rusiyadan çıxarılıb.

 Qeyd edək ki, Rusiya helikopteri cəbhə xəttindən 300 km uzaqda yerləşən Poltava aerodromuna enib. Bu isə əməliyyatın əvvəlcədən Ukrayna tərəfi ilə razılaşdırıldığını, pilotun naviqasiya səhvinin olmadığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR