Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiya hərbi aviasiyasına ağır zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rəhbəri Vasili Maluk rəsmi açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri ötən gün Rusiya ordusuna məxsus 41 təyyarəni məhv edib. Bunlar arasında A-50 radar təyyarəsi, Tu-95, Tu-22 M3 və Tu-160 kimi strateji bombardmançı təyyarələr də var.
Maluk qeyd edib ki, bu zərbə Rusiya ordusunun əsas aviabazalarında yerləşən qanadlı raket daşıyıcılarının 34 faizini sıradan çıxarıb. “Bu, təkcə düşmənin hərbi aviasiyasına sarsıdıcı zərbə deyil, həm də Rusiya Federasiyasının gücünə və terrorçu mahiyyətinə vurulan ciddi sillə idi”, – deyə o bildirib.
SBU rəhbəri əlavə edib ki, məhv edilən strateji aviasiyanın təxmini ümumi dəyəri 7 milyard dollardan çoxdur.
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ