İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya genişmiqyaslı HÜCUMA KEÇDİ: 18 yaşayış məntəqəsi ələ keçirildi

Rusiyanın yayda başlatdığı genişmiqyaslı hücum əməliyyatları nəticəsində son bir həftə ərzində Ukraynanın 18 yaşayış məntəqəsi ələ keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri bu müddətdə təxminən 200 kvadrat kilometr ərazini nəzarət altına alıb.

Məlumata görə, Rusiya ordusu xüsusilə Donetsk, Xarkov və Sumı vilayətlərində aktiv hərbi əməliyyatlar aparır. Sumı vilayətində mayın 23-dən etibarən Vladimirovka, Belovody və Loknya şəhərləri rus qüvvələrinin nəzarətinə keçib. Xarkov vilayətində Stroyevka kəndi işğal olunub.

Donetsk vilayətində isə son 7 gündə Ridkodub, Zorya, Romanovka, Pravdivka, Qnativka, Malinovka, Yelizavetinka, Troitskoye, Boqdanovka, Otradnoye, Boqatır, Vilne Pole, Zelenoe Pole və Novosilka kəndləri Rusiyanın nəzarətinə keçib.

Nəşr bildirir ki, ən ağır vəziyyət Ukraynanın şimal-şərqində yerləşən Sumı vilayətində müşahidə olunur. Rusiya bu bölgədə hücuma Putinin "bufer zonası" yaradılması barədə göstərişindən sonra keçib.

Hərbi ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələri bu irəliləyişi dayandırmaqda çətinlik çəkir. Onların sözlərinə görə, bu ərazilər müdafiə baxımından çətin hesab olunmur və hücumda ağır texnikadan istifadə olunmur. Hücumlar əsasən avtomobillər, motosikletlər, atıcı silahlar və pilotsuz uçuş aparatları ilə həyata keçirilir.

"Bild" yazır ki, Rusiyanın piyada qüvvələrdəki üstünlüyü döyüş meydanında getdikcə daha qabarıq şəkildə hiss olunur. Məlumatda deyilir ki, rus ordusu təxminən 500 kilometrlik cəbhə boyu Ukrayna mövqelərinə basqınlar təşkil edir. Cənubda Rusiya qüvvələri Zaporojye vilayətinin sərhədindən cəmi 2 kilometr, mərkəzdə Dnepropetrovsk vilayətindən 3 kilometr, şimalda isə Xarkov şəhərindən 1 kilometr məsafədə yerləşir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR