İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya əsgərləri silahsız ukraynalıları güllələməkdə şübhəli bilinir

Rusiya ordusunun 42-ci motoatıcı diviziyanın (71718 saylı hərbi hissə) 5 hərbçisi təslim olan 4 Ukrayna əsgərini güllələməkdə şübhəli bilinir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların şəxsiyyəti Ukraynanın Baş Kəşfiyyat İdarəsi tərəfindən müəyyən edilib.

İdarədən verilən məlumata görə, 2024-cü ilin mayında Zaporino rayonunun Raboti kəndi yaxınlığında əsgərlərin qətlində polkovnik-leytenant Yuri Abayev (alay komandiri), kapitan Dmitri Naqornı, baş leytenant Temirlan Abutalimov, leytenant Zaur Bekov və baş leytenant Yusup İmaqazəliyev iştirak ediblər. 

Abayev və Abutalimov əvvəllər Vladimir Putinlə şəxsən görüşüblər. Abutalimov hətta Rusiya Qəhrəmanı medalını prezidentin əlindən alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR