İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ELAN ETDİ - ABŞ ilə danışıqlar gedir, müharibə...

Ukraynada davam edən müharibəyə son qoymaq üçün Rusiya və ABŞ arasında danışıqlar davam edir.

Musavat.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Rusiyanın əsas ixrac məhsulu olan neftin ucuzlaşmasına münasibət bildirib:

"Neft qiymətləri Rusiyanın milli maraqlarına münasibətinə təsir edə biləcək amil ola bilməz. Neft qiymətləri də daxil olmaqla, Rusiyanın milli maraqları hər şeydən əvvəl gəlir. Həddindən artıq yüksək və aşağı qiymətlər qlobal iqtisadiyyat üçün mənfi bir vəziyyətdir".

Peskov Rusiyanın mayın 8-dən 10-a kimi Ukraynada atəşkəs elan etməsi ilə bağlı da danışıb: "Hücum olmayacaq, lakin Kiyev rejimi mövqelərimizə və ya obyektlərimizə hücum etməyə davam edərsə, biz də cavab verəcəyik".

Ukraynanın Rusiyadakı mülki ərazilərə pilotsuz təyyarələrlə hücumlarını davam etdirdiyini bildirən Peskov Kiyev rəhbərliyinin müharibəni uzatmaq istədiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR