İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya eksperti Ermənistanı qızışdırır: Heç bir halda Konstitusiyanı dəyişməyin

Azərbaycanın Konstitusiyanın dəyişdirilməsini tələb etdiyi bir şəraitdə Ermənistan heç bir halda heç nəyi dəyişməməlidir; əks halda, bu, zəiflik kimi qəbul ediləcək və Bakını əlavə addımlara təşviq edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Mixail Aleksandrov bildirib. Aleksandrov Ermənistanda ordunun gücləndirilməsinin, təlimlərin keçirilməsinin, İranla sıx əməkdaşlığın, ondan silah alınmasının vacibliyini vurğulayıb.

Rusiyalı ekspert Ermənistanı qətiyyət nümayiş etdirməyə çağırıb.

“Heç bir halda bu təzyiqə boyun əymək, güzəştə getmək olmaz. Qarabağ məsələsi Ermənistanın xarici siyasət gündəmindən yox olmamalıdır. Əksinə, bu, üstünlük gətirən bir vasitədir”, deyə təxribatçı politoloq qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR