İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya buğdasını alan ölkələrin sayı azalıb

Oktyabrın 1-dən 20-dək Rusiya xarici bazarlara 3 milyon 93 min ton əsas taxıl məhsulları ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır.

Musavat.com Rusiya Taxıl İttifaqının hesabatına istinadən xəbər verir ki, bu müddətdə buğda ixracı 5 faiz azalaraq 3 milyon 512 min tona düşüb.

Hesabat dövründə ixracatçı şirkətlərin sayı keçən ilin eyni dövründəki 93-dən iki dəfəyə yaxın azalaraq 48, ixrac ölkələrinin sayı isə 44-dən 32-yə düşüb.

Ümumilikdə, mövsümün əvvəlindən (2024-cü il iyulun 1-dən) Rusiya 21 milyon 940 min ton əsas taxıl növləri ixrac edib ki, bu da bütün mövsüm üçün ixrac potensialının 39 faizini təşkil edir. İxrac həcminin 18 milyon 942 min tonu (42 faiz) buğda olub.

Birlik Rusiyanın bu mövsümdəki taxıl ixrac potensialını 56 milyon ton, o cümlədən 45 milyon ton buğda səviyyəsində qiymətləndirir.

Ötən həftə Fransız buğdası 0,8 faiz ucuzlaşaraq bir ton üçün 251 dollara, Amerika buğdası isə 0,4 faiz artaraq 264 dollara satılıbb. Rusiya buğdasının (FOB Novorossiysk) qiyməti 0,5 faiz azalaraq bir ton üçün 220 dollar təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR