Onlayn ictimai-siyasi qəzet
Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi hərbi komissarlığın iş qrafikinin fotosunu çəkən 23 yaşlı azərbaycanlı tələbə İbrahim Orucovun cinayət işi yekunlaşıb.
Musavat.com xəbər verir ki, İbrahim Belqorod Dövlət Universitetində Beynəlxalq Münasibətlər fakültəsinin 4-cü kursunda tərcüməçi ixtisası üzrə təhsil alıb, eyni anda ingilis, fransız və ispan dilinin öyrənib. Lakin ötən il İbrahim Moskvaya qayıtmaq və valideynlərinə maddi yardım etmək üçün universitetdən akademik məzuniyyət götürməli olub. Hər şeydə elə burdan başlayıb. O, qeydiyyata düşmək istədiyi hərbi komissarlığın iş qrafikinin şəklini çəkdiyinə görə 11 ay idi ki, terrorizm ittihamı ilə mühakimə olunur.
Anasının(rus millətindəndir) “Novaya qazeta”ya dediyinə görə, oğlunun saxlanıldığı gün istintaqın onu ittiham etmək üçün kifayət qədər sübutu olmayıb. Bu səbəbdən əvvəlcə İbrahimə qarşı “polisə tabe olmamaq” maddəsi ilə protokol tərtib ediblər, sonra isə məhkəmə 10 sutka həbs qərarı verib. İbrahim məhkəmədə ittihamları qəbul etməyib. Onun sözlərinə görə, noyabrın 11-də saat 18:00 radələrində hərbi komissarlığın binasına qalxıb və orada iş saatlarını çəkib ki, pasportu üzərində olmadığı üçün sonra gəlib qeydiyyatdan keçsin. Ona yaxınlaşan polis əməkdaşları sənədlərini göstərməyi xahiş ediblər, təbii ki, üzərində pasportu olmayıb. Bundan sonra onun şəxsiyyətini müəyyənləşdirməyə çalışıblar, sonra isə polis şöbəsinə aparılıblar. İbrahim polisə müqavimət göstərmədiyini və onları təhqir etmədiyini deyib. Onu 10 sutka həbs etdikdən sonra evlərində axtarış aparılıb. İbrahimin iki dəftərini götürüblər ki, onun birində Rusiyada terror təşkilatının siyahısında olan “Azov”un embleminin təsvirini olub. Anasının dediyinə görə, axtarışda götürülən əşyaların siyahısı ona göstərilməyib, sadəcə olaraq istintaq hərəkətlərinə könüllü razılıq verdiyini təsdiq edən sənəd imzalanıb. Axtarışda İbrahim özü iştirak etməyib.
10 gün sonra gənc tələbə Moskva hərbi komissarlığında yandırmaq planında və Ukraynanın xüsusi xidmət orqanları ilə məxfi əsaslarla əməkdaşlıq qurmaqda şübhəli bilinib. Hüquq-mühafizə orqanları onu 205-ci (terror aktı) və 275-ci (dövlətə xəyanət) maddələri ilə ittiham irəli sürüb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, tələbə Moskvada hərbi komissarlığı yandırmaq üçün 6 ay hazırlaşıb. Bütün ittiham İ.Orucov hərbi komissarlıqda saxlayan iki polis əməkdaşının ifadəsinə və yazılı materiallara əsaslanır. İstintaq Komitəsinin məlumatına görə, İbrahimin telefonunda “partlayıcı maddələr haqqında məlumat kitabçası”, “Molotov kokteyli” yandırıcısına dair qeydlər aşkar edilib.
İbrahim məhkəmədə ittihamları qəbul etməyib, amma srağagün məhkəmə ona 16 il həbs cəzası kəsib. Rusiyanın müstəqil hüquq-müdafiə təşkilatları İbrahimin həbsini və ona verilən hökmü tənqid edib.
Onun atası haqda məlumatlar azdır. Bilinən odur ki, Mübariz Orucov əlildir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ