Onlayn ictimai-siyasi qəzet
Rusiya mediası bu gün Ukraynaya kütləvi hücum zamanı Lvov vilayətindəki qaz anbarlarına raket zərbələri endirilməsi və onların sıradan çıxarılması ilə bağlı məlumat yayıb.
Musavat.com Unian-a istinadən xəbər verir ki, Ukrayna tərəfi bu məlumatın reallığı əks etdirmədiyini açıqlayıb.
Ali Radanın energetika və mənzil-kommunal təsərrüfat komitəsinin üzvü Serhiy Nagornyak bildirib ki, ruslar yalnız anbarların yerüstü avadanlıqlarını zədələyiblər: "Düşmənin hədəf götürdüyü enerji obyektlərinə gəlincə, bəli, düşmənin diqqəti Qərbi Ukraynada idi. Düşmən öz tamaşaçıları üçün bizim qaz anbarımızın necə yandığını göstərən şəkil çəkmək istəyir. Amma buna nail olmayacaq”.
Ukrayna prezidenti Vladimir Zelenski bu səhər Rusiyanın Ukrayna enerji obyektlərinə ballistika da daxil olmaqla,40-dək raket atdığını, onun 30-dan çoxunun məhv edildiyini deyib.
Məlumat üçün bildirək ki, Rusiyanın hədəf aldığı Lvov yaxınlığında yerləşən yeraltı qaz anbarı Avropada ən böyük belə obyektdir.
Qeyd edək ki, son 3 gündə Ukrayna dronları (o cümlədən yeni “Peklo” dron-raketi) Rusiyada bir sıra strateji obyektləri uğurla vurub.
Vurulan obyektlər:
- Saratov neft emalı zavodu;
- Engels şəhərində (Saratov vilayəti) yerləşən, Rusiya strateji aviasiyasını yanacaqla təmin edən “Kristall” neft bazası (bura 5 gün əvvəl də vurulmuşdu);
- Kazanda yerləşən, hərbi sənaye kompleksinə aid “Orqsintez” kimyəvi müəssisəsi;
- Bryanskda yerləşən, hərbi sənaye kompleksinə aid “Kremniy” kimyəvi müəssisəsi və sairdir.
Bundan əlavə, Rusiya tərəfi Ukraynanın Türkiyəyə qaz ixrac edilən “Türk axını” boru kəmərinin compressor stansiyasını vurmağa cəhd etdiyinə dair məlumatlar yaysa da, sonradan məlum olub ki, hədəf stansiya deyil, onun yaxınlığında yerləşən hərbi təyinatlı müəssisə olub.
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ