İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Amerika bankının yarım milyard dollarına həbs qoydu

Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi VTB-nin Rusiyadakı JPMorgan strukturlarına qarşı iddiasını təmin edərək ABŞ-ın JPMorgan bankının ölkədə ümumi məbləği 439,5 milyon dollar olan aktivlərinə həbs qoyub.

Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən VTB bankı Amerika bankının strukturlarından 439,5 milyon dollar itki, habelə dövlət rüsumlarının ödənilməsi üçün 200 min rubl məhkəmə xərclərini bərpa etmək istəyir.

Öz növbəsində JPMorgan VTB-ni Amsterdamda yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinə verib, ondan iddialarını dayandırmağı tələb edib. Amerika bankı VTB-nin əməliyyatların aparılması üçün 2008-ci ildə JPMorgan-da müxbir hesab açdığını bildirir. Bu isə o deməkdir ki, VTB hesabların aparılması şərtləri ilə, o cümlədən müxbir hesabın ABŞ qanunları ilə idarə olunacağı və sanksiyalara görə tələb olunarsa istənilən hesabın dondurula biləcəyi ilə razılaşıb.

VTB 2022-ci ilin yazında ABŞ və Böyük Britaniya sanksiyalarına məruz qalıb və ona qarşı Aİ sanksiyaları da tətbiq edilib.

Qeyd edək ki, Rusiyada ABŞ mənşəli şirkətlərə, qurumlara qarşı analoji məhkəmə iddiaları son iki ayda sürətlə artır. Bu, mərkəzdən idarə olunmaqla, ABŞ-da Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsinə cavab addımı hesab edilir. Rusiya hakimiyyəti bu yolla qanunun icrasının qarşısını almağa çalışır. Lakin beynəlxalq hüquqşünasların rəyinə görə, ABŞ Rusiyanın özəl şirkətlərinə deyil, dövlətə məxsus aktivləri müsadirə edir. Rusiyanın bu addıma özəl şirkətlərin aktivlərini müsadirə etməklə cavabn verməsinin Moskva üçün çox ciddi problemlərə yol açacağı gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR