İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Almaniyanı hədələdi: Bu, cavabsız qalmayacaq

Oktyabrın 22-də Almaniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyi çağırılıb və ona Moskvanın rəsmi etirazı təqdim olunub.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, etiraza səbəb Berlinin təşəbbüsü ilə Şərqi Almaniyanın Rostok şəhərində Almaniyanın Hərbi Dəniz Qüvvələri hərbi-dəniz komandanlığının qərargahının bazasında NATO-nun regional qərargahının yaradılmasıdır.

Rusiya hesab edir ki, Almaniya keçmiş ADR ərazisində hərbiləşmə həyata keçirməməlidir: “Səfirə bildirilib ki, Almaniyanın hakim dairələrinin bu addımı İkinci Dünya Müharibəsinin nəticələrinə sürətlə yenidən baxılması və ölkənin hərbiləşdirilməsi istiqamətində kursun davamıdır. Sənədin 3-cü bəndinin müddəalarına uyğun olaraq, Almaniyaya münasibətdə 12 sentyabr 1990-cı il tarixli Yekun nizamlanma haqqında Müqavilənin (“2+4 Müqaviləsi”) ruhu və müddəaları kobud şəkildə pozulub. Həmin müddəalara görə, Berlin ADR ərazisində xarici qoşunların yerləşdirilməsinə mane olmağa borcludur. Biz Berlindən dərhal və hərtərəfli izahat tələb etdik”.

Rusiya Xarici İşlər Nazirliyinin qeyd edir ki, bu addım “Almaniyanın 1919-cu il Versal müqaviləsinin şərtlərini pozaraq 1936-cı ildə Reyn vilayətinin remilitarizasiyasını həyata keçirilməsi arasında faciəli paralellər yaradır”: “Vaşinqton, Brüssel və Berlin bilməlidir ki, NATO-nun hərbi infrastrukturunun keçmiş ADR ərazisinə genişləndirilməsi ən mənfi nəticələrə səbəb olacaq və Rusiya tərəfinin müvafiq cavabı olmadan qalmayacaq”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR