İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya 2024-cü ildə yüksək inflyasiyadan qurtula bilməyəcək

İlin əvvəlindən yanvarın 15-nə kimi Rusiya Federasiyasında qiymət artımı 0,39% təşkil edib və bu rəqəm inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasına çox da ümid vermir.

Musavat.com rus mediasına istinadən xəbər verir ki,  qısa müddət ərzində bəzi ərzaq məhsullarının qiyməti xeyli artıb.

Belə ki,  xiyarın qiyməti  - 16%, pomidor - demək olar ki, 12%, kələm - 9%, kartof - 7% artıb.

Mütəxəssislər vəziyyətin sonrakı inkişafı ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. İqtisadçı Sofya Donets deyib ki, Rusiyada qiymət artımının ardıcıl yavaşlaması üçün bütün lazımi ilkin şərtlər artıq yaradılıb, lakin Mərkəzi Bankın ilin sonuna kimi 4%-lik hədəfə çatması çətin olacaq. 

Mərkəzi Bankın uzun aylar ərzində yüksək  faiz dərəcəsini saxlamaq kimi sərt siyasəti qiymət artım tempini aşağı salmağa kömək etməyib. Yalnız hər bir bazar seqmentində inhisarçılara qarşı hakimiyyətin ardıcıl və genişmiqyaslı mübarizəsi ciddi effekt verə bilər".

PF Capital-ın baş iqtisadçısı Yevgeni Nadorşin isə deyib ki, inflyasiyaya qalib gəlmək mümkündür, lakin bunu Rusiya iqtisadiyyatının artımının kəskin yavaşlaması bahasına etmək olar. Digər ekspertlər xatırladırlar ki, Rusiya Federasiyası artıq 2015-ci ildə də oxşar vəziyyətlə üzləşib və bu məsələdə Mərkəzi Banka qarşı bütün şübhələrə baxmayaraq, inflyasiya ilə mübarizə apara bilib.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR