İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus səfir HƏDDİNİ aşdı, Xankəndi ermənilərinə BUNU vəd etdi - Üzeyir Cəfərovla Ramil Məmmədlinin hadisə kimi DEBATI

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Soçidəki görüşdən umduqlarını ala bilməyən ermənilərin “könlünü almaq” üçün həddini aşan açıqlamalar verib. Kopırkin Qarabağda azsaylı erməni əhalisinin “statusu” məsələsinin gələcək nəsillərin öhdəsinə buraxılmalı olduğunu iddia edib.

"Qarabağın statusu ədalətli həlli üçün məqbul şərait yarandıqda gələcək nəsillərin öhdəsinə buraxılmalı olan məsələdir" deyə, o bildirib. Bununla da Soçidəki görüşdən “statusla” bağlı vəd alacaqlarını gözləyən ermənilərə səbirli olmağı məsləhət görüb. O, Soçidə keçirilən üçtərəfli görüşü vacib adlandırıb və Rusiya prezidentinin bütün məsələlərdə razılığa gəlməyin mümkün olmadığı barədə sözlərini xatırladıb. O, Rusiya prezidenti Vladimir Putinin sözlərini təkrarlayaraq vurğulayıb ki, qəbul edilən bütün qərarlar Ermənistan və Azərbaycan arasında razılaşmanın məhsulu olmalıdır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspertlər müzakirə edəcək. Müzakirədə hərbi ekspert Üzeyir Cəfərovla digər ekspert Ramil Məmmədli iştirak edəcək. Tamaşaçılarımız da müzakirədə iştirak edə bilərlər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR